Təkər balanslaşdırma, təkər və təkər komplektlərinin çəkisinin yüksək sürətlə bərabər şəkildə hərəkət etməsi üçün tarazlaşdırılması prosesidir. Avtomobillərdə vibrasiyanın, titrəyişin olmasının ən böyük ehtimalı təkərlərin balansının pozulmasıdır. Çuxurlar, xırda qəzalar, bordürlərə sərt toxunuşlar və s. təkərlərdə balansın pozulmasına səbəb ola bilər. Düzgün təkər balansı olmadan sürmək bir sıra mənfi təsirlərə səbəb ola bilər.
Təkərlərin balans olunması, təkərlərin ağırlığını hər oxa bərabər paylamaq üçün təkərin halqasına kiçik çəkilər, klipislər taxmaq prosesidir. Bu sürüşlərinizi rahat və təhlükəsiz etmək üçün nəzərdə tutulmuş prosesdir.
Təkər balanslaşdırıcılarının bir neçə növü mövcuddur. Clean Car Customer tətbiqində, müştərilər üçün, ustalar tərəfindən təqdim olunan təkər balans xidməti, avtomatik təkər balanslaşdırıcılardır və kompüter tərəfindən idarə olunmaqla minimum əl əməyidən istifadə olunur.
Yaxşı olar ki, təkəri balans etdirən zaman, balanslaşdırıcının və hava monometrin kalibrlənmə sertifikatını yoxlayasınız. Kalibirlənmə sertifikatı olan aparatın göstəriciləri daha dəqiq olur.
Statik və Dinamik təkər balanslaşdırması.
1. Statik balanslaşdırma cismin öz fırlanma oxu ətrafında balans nöqtəsinə aiddir. Statik balanslaşdırma prosesi asan və daha sürətli bir prosesdir. Statik təkər balansı, təkərin ortasına quraşdırılmış təkər çəkilərinin bir dəsti (bir göstəriş nöqtəsi) ilə həyata keçirilir. Dinamik balanslaşdırma, iki çəki dəsti istifadə edir.
2. Dinamik balanslaşdırma, hər üç oxda təkəri ölçmək üçün fırlanan kompüter balanslaşdırıcılarından istifadə edilən bir texnikadır. Mexanik təkəri balans aparatına yerləşdirir və onu müəyyən sürətlə fırladır. Fırlanan zaman aparatın ekranında hər bir çəki qüsuru görsənir. Təhlil tamamlandıqdan sonra kompüter, mexanikə təkəri balanslaşdırmaq üçün klipisləri hara taxmağ lazım olduğunu müəyyənləşdirir.