Avtoyuma

Clean Car, sizin avtomobil yuma ilə bağlı təsəvvürləri yenidən müəyyən etmək üçün sürücülük təcrübəsini artırmaq missiyasındadır.

Ümumi olaraq avtomobil yuma məntəqələrində ən çox istifadə olunan xidmət kimi tanınan Ənənəvi avtoyuma və ya Tam Yuma xidməti avtomobilinizin həm daxili, həm də xarici hissələrinin təmizlənməyini təmin edir. Bu, həm səmərəliliyi, həm də pul üçün dəyəri birləşdirən bir xidmət növüdür.

Sürücü və sərnişinlərinin sağlamlığını və təhlükəsizliyini, avtomobilin görünüşünü və uzunömürlülüyünü qoruyub saxlamaq üçün avtomobil yuma xidmətləri içərisində vaxt və qiymət cəhətdən ən münasib olanı Tam Yuma xidmətidir. Mütəxəsislər tövsiyə edirlər ki, hər bir avtomobil, həftədə minumum bir dəfə olmaqla Tam Yuma xidmətindən istifadə edərək yuyulub təmizlənməlidir. Bu xidmətdən istifadə etməklə siz avtomobilinizi hər zaman yaxşı və görkəmli vəziyyətdə saxlaya bilərsiz.

Müştərilərin istifadə etdikləri vaxt və büdcə miqdarına nəzarət etdiyi üçün Clean Car mobil tətbiqində təklif olunan avtomobil yuma xidmətləri digər avtoyuma xidmətləri növləri ilə müqayisədə daha münasibdir.

Unutmayın ki, avtomobili valehedici tək onun sürəti və performansı deyil onun təmizliyi və cəlbediciliyidə mühüm rol oynayır.

Avtomobiliniz təmiz olduqda, diqqətinizi yolda baş verənlərə cəmləməyi çox asanlaşdırır.

Təmiz və səliqəli avtomobil həm yolda, həm də yoldan kənarda stressinizi azaltmaq üçün möcüzələr yaradacaq.

Səthi təmiz olan avtomobil, çirkli ilə müqayisədə daha az yanacaq sərfiyatına səbəb olur.

Avtomobilinizin görünüşü sizin həyat tərzinizin güzgüsüdür.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma