Kimyəvi təmizləmə

Kimyəvi yuma xidməti, avtomobilin xarici, daxili hissələrini (salonu, tavanı, oturacaqları, xalçanı, havalandırma kanallarını və s.) baqajını dərindən xüsusi kir təmizləyici dərmalar və yuyucu aparatlar vasitəsi ilə təmizlənməsi və dezinfeksiya olunmasıdır. Avtomobil uzun müddət ərzində baxımsız qaldıqda və yaxud illər ərzində istifadə olunduqca istər istəməz biz sürücülər tərərfindən və yaxud uşaqlarımız və ya digər sərnişinlərimiz tərəfindən salonun müxtəlif yerlərində oturacaqda, tavanda, tutacaqlarda, xalçasında qalıcı kirlər əmələ gəlir, buda avtomobili xoşa gəlməz formada göstərir və salonda xoşa gəlməz qoxular əmələ gətirir. 

Avtomobil salonu təmizləmə xidmətləri təkcə avtomobilinizin salonunu gözəl saxlamır, həm də onun dəyərini qoruyur və zamanla daha çox zədələnmənin qarşısını alır. Müasir dövr avtomobillərinin salonunda kifayət qədər elektronik avadanlıqlar və sensor ekranlar var ki, biz kimyəvi təmizləmə zamanı bunların qorunmasına və təmizlənməsinə xüsusi diqqət yetirməliyik.

Kimyəvi təmizləmə xidməti digər avtoyuma xidmətləri ilə müqayisədə daha cox vaxt aparan və daha bahalı bir xidmət növüdür. Biz Clean Car olaraq sürücülərimizə tövsiyəmiz odur ki, hər zaman avtomobildə ləkə çıxardıcı məhlul saxlasınlar. Salonda hər hansı ani çirklənmə olarsa ilkin mərhələdə özləri müdaxilə etsinlər.

Məhz Clean Car avtoxidmət filiallarında bu problemlərin həll edilməsi olduqca asandır. Nəyə görə Clean Car? Çünki, siz sadə tətbiq ilə filiallarımızda kimyəvi təmizləmə xidmətinin bütün ban növlərinə uyğun qiymətlərini, istifadə olunan dərmanlara baxa və müqayisə edə bilərsiniz və ən əsasıda bir toxunuşla avtoyuyucular ilə əlaqə saxlayıb sizə uyğun günü, vaxtı öncədən rezerv edə bilərsiz.

Zərərli qalıqların avtomobilinizdən uzaq tutmağın tək bir yolu, avtomobilinizi təmiz və baxımlı saxlamağı bir adət halına çevirməkdir. Təmiz avtomobil salonunun sağlamlıq faydaları təkcə fiziki rifahınıza aid edilmir. Əslində, təmiz bir salon da ruh halınız üçün müsbət təsir edə bilər.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma