Çöl yuma

Avtomobillərin təmiz və baxımlı saxlanmasına gəldikdə, avtomobil yuma xidmətləri həlledici rol oynayır. Avtomobilin orginal görünüşünü, paraqlığını qoruyub saxlamaq üçün onun xarici görünüşünün təmizliyinə və qorunmasına xüsusi diqqətlə yanaşmalıyıq. Bunun üçün Clean Car avtoxidmət filiallarında sizlərə təqdim olunan çöl yuma xidmətidən istifadəni bir toxunuş qədər asan etdik. Çöl yuma xidmətinə avtomobilin üzərinin köpüklənməsi, təziqli su ilə yuyulub qurudulması və təkərlərin təmizlənib qaradılması daxildir. Tez-tez xarici səthə qulluq avtomobilinizin illər ərzində yeni kimi görünməsini təmin edə bilər.

Gəlin sizə xırda bir sirr acım. Bir çox insanlar çirkli bir avtomobilin, onun yürüşünə və yanacaq sərfiyyatına təsir etdiyini bilmir. Çirkli avtomobil sürtünməni artırır və eyni zamanda daha az km ilə nəticələnir. Avtomobilinizin üzəri hərtərəfli təmizləndikdə, havanın səthdə sərbəst hərəkət etməsinə imkan verir və nəticədə daha az müqavimət olur. Avtomobillərin xarici mütəmadi olaraq təmizlənməsi həm də avtomobillərin idarəetmə panellərinin funksiya və mexanizmlərinin sabit olmasını təmin edir. Avtomobiliniz təmizləndikdə səthlərin hava keçməsini asanlaşdırır, sizə daha uzaqlara getməyə və yanacaq sərfiyyatınızı əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir. Çöl yuma xidmətinin digər üstünlükləri təhlükəsizliyi artırır, boyanın orginallığını, dəyərini qoruyur və s.

Bəs çöl yuma xidmətindən nə zaman istifadə etməliyik:

  • Yağışlı havadan dərhal sonra. Səbəb yağış sularının tərkibində boya aşındırıcı, soldurucu maddələrin və çirklərin olması.
  • Palciqli yollarda sürüşlərdən dərhal sonra. Boya üzərində oturmuş palcıq və qum boyada ciziqlar əmələ gətirir.
  • Yeni döşənmiş asvalt yollarda sürüşlərdən sonra. Avtomobil boyası üzərinə yapışmış qatran və grin zədəsiz cıxarılmasına diqqət edilməlidir.
  • Duzlu yollarda sürüşlərdən sonra. Xüsusilədə qış fəsillərində yollara səpilən duzlar avtomobil detallarına ciddi zədə yetirə bilər.
  • Yay vaxtı gecə sürüşlərindən sonra. Avtomobil boyası üzərinə yapışan həşəratlarda boya aşındırıcı maddələr olur.
  • Avtomobil boyası üzərində (xüsusi ilə yaz fəsilində) rast gəlinən ağac şirəsinə və quş tullantıların təmizlənməsinə diqqət edilməlidir.

Vaxtında və sürətli göstərilən avtomobil yuma xidmətləri və keyfiyyətə sarsılmaz sadiqlik müştəri məmnuniyyətinə sadiqliyimizi vurğulayır.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma