Detallı yuma

Detallı yuma avtomobilin hərtərəfli təmizlənməsi, orijinal vəziyyətinə qaytarılması prosesidir və avtomobilin üzərinin və salonun dərin təmizlənməsi kimi xidmətləri əhatə edir. Detallı yuma bir avtomobilin dərindən təmizlənməsi üçün xüsusi prosedurdur. Detallı yumaya avtomobilin bütün xarici, daxili səthlərinin təmizlənməsi, o cümlədən mühərrik bölməsini, qapı və baqaj tıxacları, təkərləri və gövdənin altının yuyulması daxildir. Siz avtomobilinizi detallı yuma edərək onun gizli gözəlliyini ortaya çıxara, vizual cəlbediciliyini artıra və dəyərini qoruya bilərsiz. Detallı yuma avtomobilləri yeni zirvələrə qaldıran sevgi əməyidir.

Mütəxəsislər avtomobilinizi hər dörd-altı aydan bir detallı yumağa götürməyi məsləhət görürlər. Bu həm də sizdən və avtomobilinizin növündən asılıdır. Əgər tez-tez avtomobili detallı yumağa götürsəniz, avtomobiliniz yaxşı vəziyyətdə qalacaq. Qısa vaxt itkisi ilə avtomobili ən yaxşı vəziyyətdə təmizləməyin yolu Clean Car avtoxidmət filiallarında təklif olunan detallı yuma xidmətindən istifadə etməkdir.

Detallı yuma xidmətinin əhəmiyyətləri:

  • Avtomobilin həddindən artıq aşınmasının qarşısını almağa kömək edir. Avtomobil üzərində görünən və görünməyən kirləri, duzları və yad cisimləri təmizləməklə, onu vaxtından əvvəl paslanmadan, aşınmadan qoruya bilərsiz.
  • Avtomobilin parıltısını, cəlbediciliyini, dəyərini və s. saxlamağa kömək edir.
  • Tədqiqatlar göstərib ki, təmiz avtomobil sürücü psixilogiyasına müsbət təsir edir, stress və narahatlığı azaldır. 
  • Vaxta və pula qənaət edir. Bu, qeyri-intuitiv görünsə də avtomobil detallarının xidmət müddətini artırmaqla siz bahalı təmir və dəyişdirmələrin qarşısını ala bilərsiniz.

Bir avtomobil alarkən, onun xarici görünüşünü yaxşılaşdırmaq, qəbul edilən dəyərini qorumaq və ya satarkən daha yüksək qiymətə satmaq üçün ona hər tərərfli qulluq etməlisiniz. Avtomobilinizi detallı yuma etmək üçün peşəkar avtoyuyucu ilə işləmək onun yaxşı təmizlənməsini təmin etməyin bir yoludur. Biz sizləri düşünərək şəhərimizin peşakar avtoyuyucuların Clean Car mobil tətbiqində cəmlədik.

Unutmayın ki, evdən sonra avtomobil hər kəs üçün vacib sərvətdir.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma