İç yuma

Avtomobilin texniki qulluğu haqqında danışarkən, dərhal fikir tez-tez yağ dəyişikliyi, əyləc yoxlamaları və ya təkərlərin balansı və s. ilə bağlıdır. Ümumi sürücülük təcrübəmizdə mühüm rol oynayan lakin tez-tez gözdən qaçan bir cəhət var ki, buda avtomobilin daxili təmizlənməsidi. 

Avtomobil yuma məntəqələrində təklif olunan daxili təmizləmə yəni iç yuma xidmətinə avtomobilin salonunun: dəri, plastik, vinil, karbon lifli plastiklər və təbii liflər daxil olmaqla tozsoranlanması, mikrofiber parça ilə silinməsi və ayaqaltıların təmizlənməsi daxildir. Nəzərə alaq ki, təmiz və təravətli salonda sürücülər özünü daha yaxşı hiss edir. Təmiz interyerin rahatlığı parlaq xarici görünüş qədər vacibdir. Avtomobilin dəyərinin saxlamağın yollarından biri də, salona müntəzəm qulluğ göstərilməsidir. Avtomobilinizin salonunun təmizlənməsi havasının keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və sağlamlıq üçün potensial təhlükələri azaldır. Salonu yeni kimi saxlayın ki, hər dəfə avtomobilinizə əyləşməkdən həzz alasınız.

Avtomobilin daxili təmizlənməsinin danılmaz əhəmiyyətləri:

  • Müntəzəm olaraq salonun daxili təmizlənməsi sağlamlıq problemlərinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.
  • Daxili təmizləmə salonun vaxtından əvvəl köhnəlməsinin və daha dərin kirlənməsinin qarşısını alır.
  • Salona müntəzəm qulluq olunması və ətirlənməsi pis xassəli qoxuların əmələ gəlməsini əngəlləyir.
  • Təmiz salon sürüşlərimizi daha təhlükəsiz, rahat və estetik edə bilər.
  • Avtomobilinizin içərisinə peşəkar qayğı göstərmək onun yenidən satışını və ya alış-veriş dəyərini yüksək saxlayacaq.

Xarici görünüşün təmiz saxlanması qədər vacib olduğu kimi, içərinin də təmiz olması profilaktik baxımın vacib hissəsidir. Çirkli salon təkcə pis görünmür və iy vermir. O, həmçinin əhəmiyyətli və bahalı problemləri yarada bilər.

Unutmayaq ki, doğru sürüş təmiz salondan başlayır.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma