Təkər razval xidməti, təkərlərin bir-birinə paralel və yerə perpendikulyar olması üçün onların bucağının tənzimlənməsindən ibarətdir. Yəni, düz dönmə, eyni istiqamətdə yönlənmə və təkərlərin çəkisinin mükəmməl şəkildə tarazlaşdırmaq üçün edilən bir prosesdir. Bu əməliyyat, əsasən çox sürtünmənin və ya təkərlərin vaxtından əvvəl aşınmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Avtomobil təkərlərinin razvalı, üç elementin tənzimlənməsidir:
Bəs biz avtomobil təkərlərinin razval olunmağa ehtiyac olub-olmamsını necə bilə bilərik? Hərərkətdə olan zaman sükanı bir-iki saniyə buraxmağınız belə bəs edir ki, bu zaman avtomobilinizin istiqamətinin sola və ya sağa sürüşdüyünü görsəniz, bu, təkərlərin razval olunmasına ehtiyac olduğunu bildirir. Nəzərə alın ki, təkərlərdə hava təziqidə normal olmadıqda sağa və ya sola sürüşmə ola bilər. Təkərlərin daxili və xarici hissəsində aşınma qeyri-bərabər olarsa, bu da razvala ehtiyac olduğunu bildirir. Yüksək sürət zamanı avtomobildə vibrasiya olarsa, buda təkərlərin balansa və ya razvala ehtiyac olduğunu bildirir.
Avtomobil təkərlərinin razval olunmağının səmərəlilik və təhlükəsizlik baxımından bir çox üstünlükləri var:
Bir cox mütəxəsislər məsləhət görürlər ki, avtomobilin hər yağ dəyişimi zamanı təkərlərin balansını, razvalını yoxlatsınlar və bərabər aşınmasını təmin etmək üçün yerlərin dəyişsinlər. (ön təkərlərin arxaya, arxa təkərlərin önə keçirilməsi)
Düzəlişin yoxlanılmasına və ya təkərlərin yenidən razval olunmağa ehtiyacınız olduqda, Clean Car Customer tətbiqindən istifadə edərək xidmət mərkəzləri ilə görüşünüzü təyin edin.