Silindr və porşen sistemi daxiliyanma mühərrikinin əsas funksional bölməsidir. Porşen, yanacağın partlayış gücünü mexaniki hərəkətə çevirərək mühərrikə güc verir. Bu sistem avtomobilin gücündə, sərfiyyatında və səmərəliliyində əsas rol oynayır.
Yanacaq və hava qarışığı silindrdə porşenin yuxarı hərəkəti ilə sıxılır. Şam qığılcımı bu qarışığı alışdıraraq partlayış yaradır və porşeni aşağı itələyir. Bu hərəkət krank mili vasitəsilə fırlanma gücünə çevrilir və mühərrik işləməyə başlayır.
Mühərrikin gücünün azalması
Egzozdan mavi tüstü çıxması (yağ yandırma)
Kompressiyanın düşməsi
Metal sürtünmə səsləri
Qeyri-stabil mühərrik işi və titrəmə
Porşen halqalarının və silindr başlıqlarının yoxlanması və dəyişdirilməsi
Kompressiya testi ilə nasaz silindrin müəyyən edilməsi
Porşenlərin təmizlənməsi, cilalanması və ya yenilənməsi
Krank mili və keçid hissələrinin yoxlanması
Mühərrikin gücünün və sabit işləməsinin bərpası
Xidmətlərimiz tam zəmanətli şəkildə, peşəkar avadanlıqla və təcrübəli ustalar tərəfindən həyata keçirilir.