Premium yuma

Yəqin ki, hər biriniz şəhərimizin bir çox avtomobil yuma mərkəzlərində VİP avtoyuma, premium avtoyuma və s. bu kimi xidmətlərə rast gəlmisiniz. Bu xidmətlər ənənəvi avtoyuma xidmətindən fərqlənən lakin elədə xüsusi bir özəlliyi olmayan xidmətlərdir.

Premium yuma xidməti ənənəvi avtoyumadan fərqli olaraq əlavə xidmətlər və funksiyalar təklif edən yüksək qiymətli avtomobil yuma paketinə aiddir. Bu xidmətdən istifadə etdiyiniz zaman yuyucular tərərfindən avtomobilin təmizliyinə ənənəvi avtoyuma xidmətindən fərqli olaraq daha çox diqqət edilərək, avtomobil salonunu, üzərini və alt hissəsini yuyurlar və daha keyfiyyətli yuyucu vasitələrdən istifadə edirlər. Premium yuma xidməti avtomobilini daxili və xarici hissəsinin səliqəli təmizlənməsini təmin edərək, onun yeni kimi gözəl görünməsini təmin edir. Hətda bəzi avtoyuma mərkəzlərində, avtomobilə iki və daha çox mərhələli köpükləmə edirlər. Avtomobil boyasının və digər hissələrinin üzərinə parıldadıcı vasitələrdə çəkirlər. Təbbi ki, sadalanan göstəricilər avtoyuma yerlərinə görə dəyişə bilər. 

Premium yuma xidmətinin əhəmiyyətləri:

  • Çətin əlçatan yerlər təmizlənir və ənənəvi avtoyumadan fərqli olaraq avtomobilin hər tərəfi təmizlənir.
  • Premium yuma ilə avtomobil nəinki daha yaxşı görünür, həm də dəyərini daha uzun saxlayır.
  • Avtombil nə qədər təmiz olarsa sürüşlər də, bir o qədər təhlükəsiz və komfortlu olur.

Zamanla avtomobilinizdə üzərinə kir yığıla bilər ki, bu da səthin hamarlığını itirməsi səbəbindən avtomobilin aerodinamikliyini itirməsinə səbəb olur və əlavə olaraqda artıq yanacaq itkisinə səbəb olur.

Peşəkar yuma xidmətləri (Premium yuma, VİP yuma və s.) mümkün olan ən yaxşı nəticəni təmin etmək üçün xüsusi alətlərdən və avadanlıqlardan istifadə edərək avtoyuyucular tərəfindən həyata keçirilən avtoyuma xidmətləridir.

Avtomobilin yuyulması zövqlü bir işdir. Düşünürəm ki, bu zövqdən özümüzü məhrum etməməliyik.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma