Avtomobilin peç sistemi, mühərrikdə yaranan istiliyi salonun isitməsi üçün istifadə edir. Bu sistem təkcə komfort üçün deyil, həm də ön şüşənin buğlanmamasını təmin etməklə sürücünün təhlükəsizliyinə xidmət edir. Zamanla sistemdə tıxanma, sızma və ya ventilyator nasazlığı baş verə bilər.
Peç radiatoru
Peç ventilyatoru (blower motor)
İsitmə boruları və hortumlar
Termostat
Temperatur idarəetmə aktuatorları
Klimat blokları və idarəetmə düymələri
Salon kifayət qədər isinmir
Havanın gəlmə gücü zəifdir
Şüşələr buğlanır və təmizlənmir
Sistemdən pis qoxu gəlir
Səsli işləyən ventilyator
Antifrizin səviyyəsinin düşməsi və ya sızması
Tətbiqdə “Kondisioner və isitmə sistemləri” bölməsinə daxil olub “Peç sistemi servisi” seçimini edin. Partnyor ustalarımız:
Peç radiatorunun təmizliyini və işləkliyini yoxlayır
Ventilyator və hava kanallarında nasazlığı aradan qaldırır
Boruların və hortumların sızdırmazlığını bərpa edir
Lazım gəldikdə istilik sistemini yuyur və sistemə təmiz antifriz əlavə edir