Avtomobilin nano yuyulması zamanı, nano tərkibli yuyucu vasitələrdən istifadə olunur ki, buda yağ və digər çirkləndiriciləri səthdən təhlükəsiz şəkildə təmizləyən konsentratlaşdırılmış avtomobil yuma köpüyüdür. Nano yuma avtomobilinizin səthi ilə çirkləndiricilər arasındakı əlaqəni qırır və ləkələr qoymadan təmiz yuyulmasına imkan verir. Nano yuma avtomobil boyasında parıltının maksimum saxlanmasını təmin edir. Bu konsentratlaşdırılmış avtomobil yuma köpüyü yuma prosesi zamanı kir hissəciklərini yağlayır, səthin aşınmasının qarşısını alır və boya səthi üzərində nazik bir təbəqədə yaradır ki, bu təbəqə avtomobil boyası üzərinə düşən kirləndiriciləri və yağış sularını boya üzərindən rahat və ləkə yaratmadan axmasını təmin edir. Clean Car avtoxidmət filialarının yerindən asılı olaraq nano yuma bir və ya bir necə mərhələdə aparılır.
Əgər sizə nano yuma xidmətinin qiyməti maraqlıdırsa, o zaman Clean Car Customer mobil tətbiqində qeydiyyatdan keçin və sadə bir seçimlə filiallarda göstərilən qiymətləri müqayisə edin.
Nano yuma ekoloji cəhətdən təhlükəsizdir, aşındırıcı deyil və pH neytraldır.
Nano yuma xidmətinin əhəmiyyətləri:
Qış aylarında havanın temperaturu suyun donma temperaturundan aşağı olarsa nano yuma xidmətindən istifadə uyğun görülmür. Səbəbi avtomobil səhti üzərində su donarsa nano hissəcikləri boyaya yaxsı nüfuz etmir.
Unutmayın ki, avtomobili valeh edici tək onun sürəti və performansı deyil onun təmizliyi və cəlbediciliyidə mühüm rol oynayır.