Kollektorun təmiri

Xidmət nədir və necə işləyir:
Avtomobilin kollektoru (adətən “egzoz kollektoru” və ya “sorma kollektoru” kimi tanınır), mühərrikdəki silindrlərdən çıxan qazların və ya daxil olan hava-yanacaq qarışığının düzgün paylanmasını təmin edən metal borular sistemidir.

Sorma kollektoru hava-yanacaq qarışığını silindrlərə bərabər şəkildə paylayır.

Egzoz kollektoru isə yanmadan sonra çıxan qazları toplamaqla, onları egzoz sisteminə ötürür.

Əgər təmir olunmazsa nə baş verir:

Mühərrikdə çətinlik və titrəmə

Çəkim zəifləməsi və güc itkisi

Yüksək yanacaq sərfiyyatı

Mühərrikdən yüksək səs və ya qaz sızması

Katalizatorun və lambda sensorlarının zədələnməsi

Clean Car Customer necə həll edir:
Ustalarımız əvvəlcə kollektoru və onun bərkidici hissələrini diqqətlə yoxlayır. Əgər çat, deşik, bükülmə və ya sızma varsa:

Metal qaynaq və sızdırmazlıq ilə bərpa aparılır

Zəruri hallarda kollektor dəyişdirilir

Kollektor contası da yoxlanılır və yenilənir

Quraşdırma sonrası qaz sızma testi həyata keçirilir

Nəticə: Mühərrik daha sakit və balanslı işləyir, yanacaq sərfiyyatı azalır, avtomobiliniz uzunömürlü olur.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma