Xidmət nədir və necə işləyir:
Kolenval datçiki (krank oxu sensoru), dizel mühərrikdə krankın mövqeyini və fırlanma sürətini idarəetmə blokuna ötürür. Bu məlumatla yanacaqın püskürmə vaxtı, mühərrikin işə düşməsi və sabit işləməsi təmin olunur.
Əgər dəyişdirilməzsə nə baş verir:
Mühərrik ümumiyyətlə işə düşməyə bilər
Sürətdə dalğalanma və qeyri-sabit işləmə
Qəfil sönmələr və "check engine" işığının yanması
Yanacaq sərfiyyatının artması
Diagnoz sistemində kolenval siqnalı xətası
Clean Car Customer necə həll edir:
Ustalarımız:
✅ Mühərrikin diaqnostikasını edərək nasaz kolenval datçikini təyin edir
✅ Orijinal və ya keyfiyyətli analoq sensorla dəyişir
✅ Bütün elektronik sistemləri yenidən sinxronlaşdırır
✅ Dəyişmədən sonra testlər və yoxlamalar aparır
Nəticə: Avtomobil daha sürətli işə düşür, titrəmə və qəfil dayanma halları aradan qalxır.