Keramik örtükləmə

Şübhə yoxdur ki, zaman keçdikcə avtomobilinizin boyası əvvəlkinə nisbətən daha zəif görünməyə başlayır. Avtomobil hər dəfə idarə olunduğu zaman onun boyası günəş, böcəklər, qaz, toz və digər çirkləndirici növlərinin təsirinə məruz qalır, bu da onun boyasının yavaş-yavaş zədələnməsi, solması ilə nəticələnir.

Söhbət avtomobil boyasını qorumaqdan və parlaq saxlamaqdan gedirsə bunun üçün bir neçə variant var. Bunlardan biridə keramik örtükləmədir. Keramika örtük, boyanı zədələnmədən və ya digər təsirlərdən qorunmaq üçün avtomobilinizin xarici hissəsinə tətbiq olunan yarı qalıcı və ya daimi (növdən asılı olaraq) olan kimyəvi polimer örtükdür. Əl və ya avadanlıq ilə tətbiq olunan bu örtük, avtomobil boyasına nüfuz edir və səthdə əlavə hidrofobik qoruyucu təbəqə yaradır. Polimer növündən asılı olaraq bu, keramik və ya nano keramik örtük kimi adlandırılır. Keyfiyyətli bir keramik örtük təbəqəsi boya üzərində mütamadi qulluq edilməklə iki ildən beş ilə qədər qala bilir.

Keramik örtük təbəqəsinin əhəmiyyətləri:

  • Keramik örtük avtomobil boyasını zərərli UV şüalarından, oksidləşmədən qorumaqla solğunluğun yaranmasının qarşısını alır.
  • Avtomobil boyası üzərində cızıqların, izlərin və digər qalıcı ləkələrin yaranmasının qarşısını alır.
  • Boyanın daha uzun ömürlü və parlaq görünməsini təmin etməklə onun dəyərini artırır.
  • Siz bilirsiz ki, səthi kirli olan avtomobil, təmiz olan avtomobil ilə müqayisədə nə qədər artıq yanacaq sərf edir? Bəli, bu belədir, səthi hamar və təmiz olan avtomobil kirli ilə müqayisədə daha az yanacaq sərf edir.

Keramik örtük təbəqəsinin müsbət xüsusiyyətləri olduğu kimi mənfi xüsusiyyətləridə var. Əgər siz gələcəkdə avtomobilin boyasının rəngini dəyişmək qərarına gəlsəniz, keramik örtüyün boyanın üzərindən çıxarılması sizin üçün çətin və bahalı bir proses ola bilər.

Avtomobilinizin boyasının keramikaya ehtiyacı var? O, zaman Clean Car Customer tətbiqini yükləyin və peşəkar komandamızla əlaqə saxlayın.

Bu danılmaz faktdır ki, hər bir sürücü parıldayan avtomobildə, sükan arxasına əyləşən zaman özünü daha gümrah hiss edir.

Avtoyuma

Çöl yuma

İç yuma

Kimyəvi təmizləmə

Detallı yuma