Hibrid sistem – həm benzin mühərriki, həm də elektrik motorundan istifadə edən avtomobil sistemidir. Bu sistemin düzgün işləməsi üçün batareya, invertor, elektrik ötürücüləri, sensorlar və idarəetmə modulu birgə işləməlidir. Yoxlanış zamanı bütün bu komponentlərin texniki vəziyyəti, enerji axını, şarj rejimləri və səhv kodları analiz olunur.
Əgər yoxlanılmazsa nə baş verir:
Elektrik motoru gücsüzləşir və ya işləmir
Batareya tez boşalır və ya şarj olunmur
Avtomobil çox yanacaq sərf edir
Hibrid sistemində xəbərdarlıq işıqları (Check Hybrid System) çıxır
Avtomobil qəfil dayanır və ya rejim dəyişmir
Clean Car Customer necə həll edir:
🔍 Peşəkar diaqnostika cihazları ilə hərtərəfli yoxlama
🔧 Hibrid batareyanın test edilməsi və balans vəziyyəti
⚙️ İnvertor və enerji idarəetmə bloklarının yoxlanılması
🔋 Şarj sisteminin funksionallığının analizi
💡 Ehtiyac varsa, hissələrin təmiri və ya dəyişdirilməsi