Gidravlik sükan (gidrousilitel) avtomobildə sükan çarxının çevrilməsini asanlaşdıran və sürücü üçün idarəetməni rahatlaşdıran sistemdir. Bu sistem sükan nasosu, yağ çəni, şlanqlar və sükan kremalyutkası kimi komponentlərdən ibarətdir.
Mühərrik işə düşdükdə sükan nasosu xüsusi yağın təzyiqlə sükan mexanizminə ötürülməsini təmin edir. Bu, sükanı çevirmək üçün lazım olan gücü azaldır və sürücüyə manevr rahatlığı yaradır.
Sükanın sərt fırlanması və ya ilişməsi
Gıcırdayan və ya uğultulu səslər sükan çevriləndə
Sükan yağı səviyyəsinin tez-tez azalması
Sızma, çatlama və ya nasosun səsli işləməsi
Təkərlərin dönməsində qeyri-bərabərlik və gecikmə
Gidravlik sükan nasosunun təmiri və ya dəyişdirilməsi
Şlanq və bağlantıların yoxlanması və sızmaların aradan qaldırılması
Sükan yağının təmizlənməsi və yenilənməsi
Sükan sisteminin ümumi diaqnostikası və sazlanması
Əvvəlki rahat sükan funksionallığının bərpası
Xidmətlərimiz keyfiyyətli ehtiyat hissələri və zəmanətlə həyata keçirilir.