Müasir avtomobillərin əyləc sistemlərində disk əyləcləri avtomobilin həm ön, həm də arxa hissəsində istifadə olunur. Ön əyləclər avtomobilinizin tormozlanma/dayanma gücünün böyük hissəsini təmin etdiyi üçün arxa əyləclərə nisbətən daha tez sıradan cıxır. Ön disk əyləcinin təmiri xidmətinin təyin edilib-edilməməsinə qərar verərkən nəzərə alınmalı bəzi amillər var.
Avtomobil hərəkətdə olan zaman əyləc pedalı işə salındıqda avtomobildə titrəmə olursa və ya sükanı buraxdıqda avtomobilin bir tərəfə cəkdiyi hiss olunursa bu da əyləc diskiləri pis fıralanmasının, sıradan çıxmasının əlaməti ola bilər. Əgər avtomobilinzin əyləc diskilərinin təmirə və yaxud dəyişilməyə ehtiyacı varsa bu mütləq olunmalıdır. Təmir olunmadan sürüşlərə davam etsəz həm özünüz, həm də yolda olan digər sürücülər üçün ciddi, stresli vəziyyətlərə səbəb ola bilər.
Əyləc diskilərinin vaxtından tez aşınma səbəbləri:
Əyləc diskisi, əyləc sisteminin mühüm komponentidir. Əyləc sistemi avtomobili hər zaman təhlükəsiz və rahat şəkildə yavaşlatmaq üçün zəruri hallarda isə onu tam dayandıra bilmək üçündür. Əyləc zamanı avtomobilin kinetik enerjisi əyləc yastıqcıqları ilə əyləc diski arasındakı sürtünmə nəticəsində istilik enerjisinə çevrilir və bununla da sürətin azalmasına nail olur.
Əyləc diskinin təmiri zamanı, o xüsusi avadanlıq vasitəsi ilə yonulur, üzərindəki əyriliklər və dərin cızıqlar düzəldilir, yoxlanılır və yenidən quraşdırılır. Əyləc diskinin çox yonulması və ya dəfələrlə yonulması təhlükəsizlik baxımından uyğun görülmür.
Avtomobilinizin əyləc sistemində olan hər hansı problemləri bilmək və onları həll etmək üçün sizin ilk edəcəyiniz iş, mobil telefonunuza Clean Car Customer tətbiqi yükləmək və əyləc yonulması xidmətini seçərək uyğun avtoxidmət mərkəzinə sifariş verməyinizdir. Digər qalan işlərlə mexaniklər məşğul olub, əyləc sisteminin dəyişilməsi və ya yonulması haqqında sizi məlumatlandıracaqlar.