Xidmət nədir və necə işləyir:
ETC – Elektron Throttle Control (Zaslonka) avtomobildə mühərrikə gedən hava miqdarını tənzimləyən mühüm elektronik hissədir. Qaz pedalı ilə sürücünün verdiyi siqnallar elektron şəkildə zaslonkaya ötürülür və mühərrikə daxil olan hava miqdarı tənzimlənir.
Əgər təmir və ya təmizləmə olunmazsa nə baş verir:
Mühərrik qeyri-sabit işləyir
Qaz verildikdə gec reaksiya olur
Mühərrik sönə və ya sürətə çətin qalxa bilər
Check Engine işığı yanır
Yanacaq sərfiyyatı artır və qaz kelebeği ilişə bilər
Clean Car Customer necə həll edir:
✅ ETC sisteminin kompüter diaqnostikası
✅ Zaslonkanın mexaniki və elektronik təmizlənməsi
✅ Potensial zədələnmiş hissələrin dəyişdirilməsi
✅ Kalibrasiya və sinxronizasiya ilə sistemin tam bərpası