Söhbət avtomobil boyasını qorumaqdan və parlaq saxlamaqdan gedirsə bunun üçün bir necə variant var. Bunlardan biridə boyanın cilalanmasıdır. Avtomobilin cilalanması onun parlaqlıq səviyyəsini yüksəldən şəffaf örtüydür ki, bu örtük boya üzərində olan cızıqları, işıq qüsurlarını və digər burulma izlərini yox edir. Cilalama prosesi maşınla və ya əl ilə həyata keçirilə bilər. Clean Car avtoxidmət filiallarında tək və çoxmərhələli boya təkmilləşdirmə və cilalama xidmətləri təklif edilir. Avtomobil cilaları yüngül aşındırıcıdır, yəni şəffaf örtüyü (avtomobilin üzərindəki boyanın üst qatını) düzəltmək qabiliyyətinə malikdir. Cilalar sprey, maye və krem formasında olan yumşaq aşındırıcı maddələrdir.
Cilalama ilə yalnız incə cızıqları aradan qaldırmaq olur, dərin və geniş cızıqları aradan qaldırmaq olmur. Cilalama boyanı güzgü kimi parlaq etmək üçün nəzərdə tutulmuşdur bir prosesdir. Cilalama geri dönməz bir prosesdir, yəni onu boyanın üzərinə vurduqdan sonra geri cıxarılması cətin və bahalı ola bilər.
Cilalama prosesinin avtomobil boyasına təsiri:
Ümumiyyətlə boyanın üzərinə cəkilən hər hansı bir təbəqə (nano, keramika, cilalama və s.) avtomobilin yuyulması zamanı suyun daha az israf olunmasına səbəb ola bilir. Yəni, parlaq və hamar səhtə malik olan avtomobili daha az su ilə yuyub təmizləmək mümkündür.
Avtomobilinizin təmizliyi və baxımlılığı sizin həyat tərzinizi əks etdirir.